Baş nazir İbadi əleyhinə aksiyalar keçirilir

İraq baş naziri Haydar əl-İbadi ölkəsinin cənub ərazilərində yerləşən Bəsrə şəhərinə səfəri zamanı xalqın sərt etirazına məruz qalıb.

Baş nazir İbadi əleyhinə aksiyalar keçirilir

Nümayişçilərdən rafidi əl-Kənani başda olmaqla yüzlərlə aksiyaçı, Baş nazir İbadi və hökumətin digər rəsmilərinin Bəsrəni ziyarətinə reaksiya verib, əleyhdə şuarlar səsləndiriblər. Hökumətin təməl xidmətlərin təmin edilməsində lazımlı addımları atmasını, elektrik, su və işsizlik kimi problemlərin tǝcili  hǝllini  tǝlǝb  ediblǝr.

Bəsrəli millət vəkili Həsən Hallati də Məclisdə təşkil etdiyi mətbuat konfransında, şəhərdən seçilmiş 25 millət vəkilinin, Baş nazir İbadidən Bəsrə əməliyyatları Komandiri Cəmil əş-Şemrinin vəzifədən azad edilməsini istədiklərini qeyd edib.

İbadi Bəsrdə xidmətlərin yaxşılaşdırılması üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsinə start vermək üzrə özünü müşayiət edən bəzi nazirlər ilə şəhəri ziyarət etmişdi.



Әlaqәli Xәbәrlәr