Xarici İşlə naziri Mövlud Çavuşoğlunun İdliblə əlaqəli çağırışı

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyadakı vəziyyətin hər kəsi əlaqədar etdiyinə diqqət çəkərək bu mövzuda həmfikir olan ölkələrlə işlədiklərini qeyd edib.

Xarici İşlə naziri Mövlud Çavuşoğlunun İdliblə əlaqəli çağırışı

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyadakı vəziyyətin hər kəsi əlaqədar etdiyinə diqqət çəkərək bu mövzuda həmfikir olan ölkələrlə işlədiklərini qeyd edib.

Rumıniyanın paytaxtı Buxaresdə keçirilən Türkiyə-Rumıniya-Polşa Xarici İşlər Nazirləri yığıncağından sonra Çavuşoğlu Rumıniyanın Xarici İşlər naziri Teodor Meleskanu və Polşanın Xarici İşlər naziri Jacek Czaputowicz birgə mətbuat konfransı keçirib.

İdlibə rejimlə yanaşı Rusiyanın da hücumlarının davam etdiyini bildirən Çavuşoğlu “Təklifimiz açıqdır, İdlibdəki hücumlar dayansın. Terror qruplarının mövcudluğuna son qoymaq üçün birgə addım atağın. Suriyada ən yaxşı həll olan “siyasi həll” yolunun təmin edilməsində ciddi irəliləyiş əldə etməsək də rejim və ona dəstək olanlar hərbi həll yoluna inanır. Nə qədər də Astana və Soçidə ciddi cəhd göstərdiksə, Tehranda qətliamın qarşısının alınması üçün bir araya gəldiksə də rejimin hücumları davam edir. Nə üçün bu qədər mülki vətəndaşı, minlərlə qadın və uşağı öldürmək lazımdır? Bu mövzuda birgə addım atılmalıdır.

Çavuşoğlu Rusiya, İran, ABŞ, Fransa və İngiltərə ilə yanaşı Suriyada bütün tərəfdaşlarla addım atmağa hazır olduqlarını vurğulayaraq, Türkiyə olaraq Suriyadakı bu vəziyyətin başa çatması və sülh yolu ilə məsələyə çözüm tapılması üçün başda Rusiya və İran olmaqla hər kəslə iki və üçtərəfli olaraq işlədiklərini söyləyib.

Suriyanın torpaq vahidliyini dəstəklədiklərinə diqqət çəkən Çavuşoğlu deyib ki, amma günahsız insanları, qadınları və uşaqları öldürmək Suriyanın torpaq bütövlüyünü təmin etməyin yolu deyildir. Hər kəsi Suriyada rejimin təcavüzkarlığına qarşı səslərini ucaltmağa və sülhməqsədli həll yolu tapılmasına çağırıram.



Әlaqәli Xәbәrlәr