Qüdsü və Fələstin xalqının əvəzolunmaz dəyərlərini qorumaq ABŞ ilə əlaqələrdən daha əhəmiyyətlidir

Bunu Fələstin Dövlət Aparatının sözçüsü Nəbil Əbu Rudeyne ABŞ-ın Fələstin Qurtuluş Təşkilatı ilə bağlı qərarına reaksiya olaraq söylədi.

Qüdsü və Fələstin xalqının əvəzolunmaz dəyərlərini qorumaq ABŞ ilə əlaqələrdən daha əhəmiyyətlidir

 Fələstin Dövlət Aparatının sözçüsü Nəbil Əbu Rudeyne Ramallahda mətbuata açıqlama verdi. 

Əbu Rudeyne ABŞ-ın Fələstin Qurtuluş Təşkilatının Vaşinqtondakı ofisini bağlaması qərarının müsəlman və xristianların müqəddəslərini qoruma və beynəlxalq qərarlara riayət etmə məsələlərindəki mövqelərini dəyişdirməyəcəyini söylədi.

Sözçü: "Qüdsü və Fələstin xalqının əvəzolunmaz  dəyərlərini qorumaq ABŞ ilə əlaqələrdən daha əhəmiyyətlidir" dedi.

Fələstin Qurtuluş Təşkilatının İdarə Heyətinin üzvü Hanan Aşravi isə məsələ ilə əlaqədar verdiyi yazılı açıqlamada ABŞ-ın bu qərarını qəbuledilməz və "siyasi şantaj" kimi səyiyyələndirdi.
 
Aşravi açıqlamada: "ABŞ rəhbərliyinin məsul şəxslərinin açıq və qeyri- əxlaqi şantajı amansız İsrail hərbi işğalının qurbanı olan Fələstin xalqını cəzalandırmağı hədəfləyir" deyərək, Fələstin xalqının təslim olmayacağını görmə vaxtının gəldiyini bildirdi.
 
 
 Qeyd edək ki, ABŞ Dövlət Departamentinin özçüsü Heather Nauert  ABŞ rəhbərliyinin Fələstin Qurtuluş Təşkilatının Vaşinqtondakı ofisini bağlamaq barəsindəki qərarını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr