İsrail qüvvələri Fələstinli aksiyaçılara sərt müdaxilə edib

İsrail dəniz qüvvələri, Fələstinlilərin dəniz yolu ilə Qəzza mühasirəsini 7-ci dəfə aşmaq cəhdinə gerçək güllə və gözyaşardıcı bomba istifadə edərək müdaxilə edib.

israil denizden mudahale2.jpg
israil denizden mudahale1.jpg

Qəzza Blokasına son qoymaq uğrunda mübarizə edən Milli Hərəkat növbəti dəfə 20 qayıq ilə Qəzzadakı balıqçılar limanından Aralıq dənizi sularına açılıb. Yüzlərlə fələstinlinin sahildən dəstək verdiyi aksiyaçıların qayıqları İsrailin dəniz sərhədinə yaxınlaşdığı əsnada, İsrail dəniz mühafizə qüvvələrinin müdaxiləsi ilə qarşılaşıb. Hadisə nəticəsində biri jurnalist olmaqla 49 nəfər xəsarət alıb. Aksiyaçıların qayıqları isə müsadirə edilib.



Әlaqәli Xәbәrlәr