İraqın Ənbar şəhərində terror aktı törədilib, ölənlər var

İraqın qərbində yerləşən Ənbar vilayətində törədilən partlayış nəticəsində 7 nəfər həyatını itirib,  4 nəfər  yaralanıb.

1039619
İraqın Ənbar şəhərində terror aktı törədilib, ölənlər var

Anadolu Agentliyinin Əhməd Duleymi  adlı  hərbçiyə   istinadən    verdiyi   məlumata  görə    İraq ordusunun ortaq nəzarət nöqtəsində və Kaim bölgəsinin cənubundakı Haşdi Şəbi qoşunları İraq-Suriya sərhədində bomba  ilə  təchiz  edilmiş  avtomobili partladıblar.

Məlumata əsasən, terror aktı Ənbar vilayətinin Əl-Qaim şəhərində yerləşən nəzarət buraxılış məntəqəsində İraq-Suriya sərhəddi yaxınlığında törədilib. Avtomobilə quraşıdırlan partlayıcı qurğu İraq ordu qüvvələrinin yaxınlığında partladılıb.   Törədilən terror aktına  görə   məsuliyyəti  üzərinə  götürən  terror  təşkilatı  olmayıb.   



Әlaqәli Xәbәrlәr