Gürcüstan hökuməti Azərbaycana yeni səfir təyin etdi

Gürcüstan prezidentinin sərəncamına əsasən bu posta Zurab Pataradze təyinat alıb.

1039512
Gürcüstan hökuməti Azərbaycana yeni səfir təyin etdi

Gürcüstanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Gürcüstan prezidentinin sərəncamına əsasən bu posta Zurab Pataradze təyinat alıb.

  “Diplomatik Xidmət Haqqında” Gürcüstan qanununun 6-cı maddəsinin 5-ci müddəasına əsasən, Zurab Pataradze 2018-ci il avqustun 29-dan Azərbaycanda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin”, – prezidentin sərəncamında qeyd olunub.

  Qeyd edək ki, Z.Pataradze 2016-2018-ci illərdə Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin başçısı olub. O həmçinin müxtəlif vaxtlarda ölkəsinin Türkiyə və Qazaxıstanda səfiri olub.



Әlaqәli Xәbәrlәr