İraq ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları rədd etdi

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Mahcub bildirib ki, İraq hər hansı ölkəyə tətbiq olunan və hər cəhətilə xalqına zərər yetirən hər növ embarqonu rədd edir.

1029406
İraq ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları rədd etdi

İraq ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları rədd etdi.

Bununla bağlı açıqlama verən Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Mahcub bildirib ki, İraq hər hansı ölkəyə tətbiq olunan və hər cəhətilə xalqına zərər yetirən hər növ embarqonu rədd edir. Böhran yaranan zamanlarda yanımızda olan qonşu ölkə İranın şərəfli mövqeyi də unudulmayacaq.

Hər hansı  bir ölkəyə yetirilən zərərin bütün bölgənin təhlükəsizlik və sabitliyinə mənfi təsirinin olacağını vurğulayan sözcü deyib ki, İran İslam Cümhuriyyətinin İraqa terrorla mübarizədə göstərdiyi köməkliyi təqdirlə qarşılayırıq. Beynəlxalq ictimaiyyəti ABŞ-ı sanksiya mövzusundakı qərarından imtina etdirməyə çağırırıq.

Şiə lider Müqtəda əs-Sədr də mövzuya dair açıqlamasında “ABŞ qərarından imtina etməsə də xalqlara zerər yetirilməsinə qarşı əlimiz-qolumuz bağlı qalmarıq” deyə bildirib.

Prezident Fuad Məsum ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara əməl etmələrinin çətin olacağını söyləmişdi.



Әlaqәli Xәbәrlәr