Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkiyəyə səfərə gedir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova mətbuata verdiyi açıqlamada nazir Sergey Lavrovun 13-14 Avqustda Türkiyəndə səfərdə olacağını bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkiyəyə səfərə gedir

Nazir səfəri çərçivəsində Ankarada səfirlər və daimi nümayəndələrin iştirakı ilə reallaşacaq yığıncağa qatılacaq.

Sözçü Zaharovanın sözlərinə görə, Lavrov həmkarı Mevlüt Çavuşoğlu ilə bir araya gələcək. Görüş zamanı başda suriyadakı keçid prosesi olmaqla aktual və beynəlxalq məsələlər müzakirə ediləcək. Türk-Rus iqtisadi və ticarət əlaqələri gündəmə daxil ediləcək. Xüsusilə Türk Axın təbii qaz kəməri və Türkiyənin ilk nüvə stansiyası layihəsi Akkuyu NGS-nin həyata keçirilməsi prosesi dəyərləndiriləcək.



Әlaqәli Xәbәrlәr