Bәşәr Әsәd rejimi yenә yaşayış mәntәqәlәrinә hücum etdi

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif mәlumat verib.

Bәşәr Әsәd rejimi yenә yaşayış mәntәqәlәrinә hücum etdi

Bәşәr Әsәd rejiminә aid döyüş tәyyarәlәri İdlibdәki yaşayış mәntәqәlәrini intensif atәşә tutub.

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif mәlumat verib.

Mәlumata görә, hücum nәticәsindә 5 nәfәr hәlak olub, azı 24 nәfәr dә yaralanıb.

Xәsarәt alanların әtrafdakı xәstәxanalara çatdırıldığı bildirilir.

Axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi vurğulanıb.

Qeyd edәk ki, 2017-ci ilin 4-5 may tarixlәrindә Qazaxıstanın paytaxtı Astanada Suriya ilә bağlı keçirilәn iclasda  İdlib şәhәri vә әtrafındakı bölgәlәr deeskalasiya zonası elan edilmişdi.



Әlaqәli Xәbәrlәr