• Video Qalereya

Ukrayna prezidenti TANAP-ın açılışında:

Türkiyə və Azərbaycanın güclü əməkdaşlığı, digər Avropa ölkələrinin qatqısıyla cənub qaz dəhlizi layihəsinin əhəmiyyətli hissəsi tamamlandı. Bunu Ukrayna prezidenti Petro Poroşenko, TANAP-ın açılış mərasimində etdiyi çıxışında deyib.

Ukrayna prezidenti TANAP-ın açılışında:

TANAP-ın, Azərbaycan, Türkiyə, Avropa və Ukrayna üçün əhəmiyyətli layihə olduğuna diqqət çəkən prezident Petro Poroşenko: Bu layihə ilə Cənub Qaz Dəhlizinin önəmli qismi tamamlanıb: “Son illər gördük ki, enerjidən Rusiyanın başqa ölkələrə təzyiq vasitəsi kimi istifadə edildi. Ancaq bu siyasət uğurlu olmadı. TANAP bunun göstəricilərindən biridir. Bu layihə, Azərbaycan prezidenti İlham Əliyevin və mənim, eyni zamanda Ukrayna xalqının yaxın dostu Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın liderliyi ilə gerçəkləşib. Layihə Ukraynanın enerji təhlükəsizliyi üçün də önəmlidir. Mən, Ukrayna xalqı adından Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür etmək istəyirəm. Ukrayna bu layihəyə tam dəstək verir. Biz bu gün öz enerji qaynaqlarımızı genişləndirməyə çalışırıq.

 

 



Әlaqәli Xәbәrlәr