Müqtəda əs-Sədr, “Həşd Şabi koalisiyası ilə ittifaq yaradıb

İraqda baş tutan seçkilərin qalibi şiə lider Müqtəda əs-Sədr, “Həşd Şabi”nin də daxilində olduğu “Əl-Fəth” koalisiyası ilə ittifaq yaradıb.

Müqtəda əs-Sədr, “Həşd Şabi koalisiyası ilə ittifaq yaradıb

Müqtəda əs-Sədr, Nəcəfin Hannana bölgəsindəki evində Həşdi Şabi komandirləri və Fəth koalisiyası lideri Hadi əl-Əmiri ilə görüşdükdən sonra mətbuat konfransı təşkil edib.  

İttifaqın məqsədinin İraq parlamentində böyük fraksiyanın yaradılması olduğu ifadə edən Şiə lider Müqtəda əs-Sədr İttifaqın formalaşmasına dair razılaşmanın “Əl-Fəth” koalisiyasının lideri Hadi əl-Əmiri ilə keçirdiyi danışıqlar nəticəsində əldə edildiyini bildirilir. Alyansın milli birlik çərçivəsində yaradıldığına diqqət çəkib.

Xatırladaq ki, Müqtəda Sədrin rəhbərlik etdiyi "Sairun" koalisiyası mayın 12-də keçirilən parlament seçkilərində qələbə qazanıb.



Әlaqәli Xәbәrlәr