Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

Kremlinin yaydığı açıqlamaya görə Putin Dünya Futbol Çempionatının açılış mərasimində iştirak etmək üçün Moskvaya səfər edən Əliyevlə bir araya gəlib.

Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

Kremlinin yaydığı açıqlamaya görə Putin Dünya Futbol Çempionatının açılış mərasimində iştirak etmək üçün Moskvaya səfər edən Əliyevlə bir araya gəlib.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə Moskvada keçirdikləri görüşdə Azərbaycan və Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırdıqlarını deyib.

"Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, etibarlı dost və tərəfdaşıq, strateji tərəfdaşıq. İqtisadi sahədə dinamika çox müsbətdir, həm bu ildə, həm də keçən ildə. "Şimal-Cənub" layihəsinin həyata keçirilməsinin konkret nəticələrini görürük, artıq Azərbaycandan keçməklə Rusiyadan gələn yük axını artmaqdadır və bu da fəaliyyətimizin müsbət nəticəsidir. Bütün sahələrdə, o cümlədən humanitar sahədə, hesab edirəm ki, əlaqələrimiz, ümumiyyətlə, nümunəvidir. Odur ki, yaxşı dinamika, yaxşı nəticələr əldə etdiyimizə və gələcəyə ümidlə baxdığımıza görə şadam", - deyə Prezident İlham Əliyev bildirib.

Əliyevin avqustun 30-da Rusiyada səfərdə olacağını xatırladan Putin isə öz növbəsində ölkələr arasında iqtisadi artımları qeyd edib: "Ötən il ərzində ticarət dövriyyəsində 34,4% artım qeydə alınıb, bu ilin birinci rübündə isə daha 19% artım olub. Başqa sözlə, bu, çox yaxşı tempdir, bunu davam etdirməliyik".

Putin iki ölkəarasındakı arasındakı siyasi əlaqələrin də sabit şəkildə davam etdiyinə diqqət çəkib. 



Әlaqәli Xәbәrlәr