Husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raket vuruldu

Yəməndə Husilərin Səudiyyə Ərəbistanının Cazan şəhərinə atdığı ballistik raket havada məhv edildi.

975476
Husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raket vuruldu

Yəməndə Husilərin Səudiyyə Ərəbistanının Cazan şəhərinə atdığı ballistik raket havada vuruldu.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-in verdiyi xəbərə görə, Koalisiya Qüvvələrinin sözçüsü polkovnik Turki əl-Maliki İranın dəstəklədiyi Husilərin Yəmənin Sada vilayətindən Səudiyyə Ərəbistanına ballistik raket atdığını bildirib.

Raketin hədəfinin mülki yaşayış məntəqələrinin olduğunu qeyd edən Maliki Səudiyyə Ərəbistanının Havadan Müdafiə Qüvvələrinin raketi havada vurmasından sonra bəzi parçaların yaşayış məntəqələrinə düşdüyünü, lakin ölən və yaralanan olmadığını dilə gətirdi.

Digər tərəfdən Husilərə aid Əl-Mesira televiziyasının xəbərində Husilərin Bədr-l tipli ballistik raketlə Cazan hava limanını hədəf aldığı iddia edildi.

Qeyd edək ki, Hisilər ramazan ayı ərzində 2 dəfə ballistik raket hücumu təşkil edib.

Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiyanın Yəməndəki müharibəyə qatıldığı 26 mart 2015-ci il tarixindən etibarən Husilərin Səudiyyə Ərəbistanına 142 raket attığı bildirilir.

 



Әlaqәli Xәbәrlәr