“İran ABŞ-ın təzyiqlərinə, sanksiyalarına  təslim olmayacaq”: H.Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ-ın  ölkəsinə qarşı izlədiyi  siyasətlə bağlı  açıqlama verib.

972400
“İran ABŞ-ın təzyiqlərinə, sanksiyalarına  təslim olmayacaq”: H.Ruhani

 

ABŞ-nın  Təl-Əviv səfirliyini Qüdsə daşıması,  BMT qərarları üst-üstə  qəlmir.   Bölgənin sülh və sabitliyi  bundan  mənfi  təsirlənəcək.  Bunun  İran prezidenti Həsən Ruhani  deyib.

Nazirlər Kabineti  yığıncağında  çıxış  edən  Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı artan təzyiqləri   və  yeni sanksiyalarla bağlı bəyanat verib. Ruhani bildirib ki, İran ABŞ-ın təzyiqlərinə, sanksiyalarına və hətta müharibə təhdidlərinə təslim olmayacaq.   "Sionist İsrail rejimi və ABŞ Fələstin xalqına təzyiq edərək, onları qanuni haqqından məhrum edərək vətənlərindən, Qüdsdən ayırmağı xəyal edirlər. Bu etdikləri böyük səhvdir. Dünya müsəlmanları Əqsa məscidini və Qüdsü ilk qiblələri kimi tanıyır",deyib.

Ərəb və müsəlman ölkələrinin sionistlərin cinayətlərinə dair səssizliyinə də toxunan Ruhani,  "Regionda bəzi ərəb dövlətləri İsrail rejiminin son qətliamı haqqında sükut etdilər. Bəzi İslam ölkələri bunu sadəcə görməzlikdən gəldilər",  deyə  vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr