Paşinyan baş nazir seçildi

Ermənistanda bir aydır davam edən etirazlara başçılıq edən müxalifət lideri Nikol Paşinyan parlamentdə keçirilən səsvermədə baş nazir seçilib.

Paşinyan baş nazir seçildi

    N.Paşinyan 42-yə qarşı 59 səslə ölkənin yeni baş naziri olub.

  Keçən həftə keçirilən səsvermədə Nikol Paşinyanın lehinə yalnız 45 səs verilmişdi, ancaq bu vəziyyət müxalifət liderinin baş nazir seçilməsi üçün lazım olan səs sayı deyildi.

  Mayın 8-də keçirilən səsverməni Paşinyanın lehinə çevirən hakimiyyətdəki Respublikaçı Partiyanın bu dəfə müxalifət liderini dəstəkləməsi oldu. Beləliklə, ikinci dəfə keçirilən səsvermədə kompromisə gedildiyi üçün seçkilərə getmək ehtimalı aradan qalxdı.



Әlaqәli Xәbәrlәr