Ermənistan erkən seçkilərə hazırlaşır

Ermənistanda keçən həftə baş nazir seçilən eks prezident Serj Sarkisyan yüksələn etirazlarla əlaqədar istefa verdikdən sonra baş naziri əvəz edən Karen Karapetyan erkən seçki təklifi etdi.

958546
Ermənistan erkən seçkilərə hazırlaşır

   Jurnalistlərə açıqlama verən K.Karapetyan deyib: “Vəziyyət gərginləşib. Paşinyan (mitinqlərin lideri Nikol) baş nazirin deyil, onun xalqın namizədi lazım olduğunu söyləyir. Prezidentlə görüşdük, erkən seçki elan edilməsini istədik… Heç bir ölkədə xalqın namizədi meydanlarda seçilmir. Paşinyanı istəyib-istəməyənləri erkən seçkidə bilərik. Xalq onu seçsə, vəzifə başına gələr. Xalqın namizədi seçkilərdə seçilər. Digər partiyalar da erkən seçki qərarını qəbul edərsə, artıq tarixi müəyyənləşdirərik. Vətəndaşlarımızdan maksimum səviyyədə düşünərək, nə istədiyimizi anlamalarını xahiş edirəm".

  Xatırladaq ki, Ermənistanda təxminən 2 həftədir davam edən etirazlardan sonra Serj Sarkisyan 23 apreldə istefa verdi.



Әlaqәli Xәbәrlәr