Putin Ərəb Birliyinə müraciət etdi

Rusiya prezidenti Vladimir Putin Suriya və İraqda DEAŞ-ın məğlubiyyətindən sonra regionda siyasi həll və quruculuq proseslərinə Ərəb Birliyi ilə yardımçı ola biləcəklərini söylədi.

Putin Ərəb Birliyinə müraciət etdi

    Rəsmi Moskvadan verilən məlumata görə, V.Putin Səudiyyə Ərəbistanında 29-cu Ərəb Birliyi Zirvə Toplantısına məktubla müraciət edib.  

  Tədbirin Yaxın Şərq və Şimali Afrikanın çətin dövrdən keçdiyi bir zamanda təşkil edildiyini xatırladan Rusiya başçısı Suriya, İraq, Liviya və Yəməndə silahlı münaqişələrin can almağa davam etdiyini vurğulayaraq bildirib: “Bu çətinliklər beynəlxalq cəmiyyətdən koordinasiya və kollektiv səy tələb edir və Ərəb Birliyi bu baxımdan mühüm iş görə bilər… Rusiya regional təhlükəsizliyi təmin etmək üçün Ərəb Birliyi ilə iş birliyinə hazırdır. DEAŞ-ın əsas qüvvələrinin məğlubiyyətindən sonra ortaya çıxan şərtlər daxilində Suriya və İraqda siyasi həll və yenidənqurma proseslərini bərabər sürətləndirməyə, həyəti məsələləri həll etməyə yardımçı ola bilərik… Ərəb dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə tam hörmətlə terrorçu qruplarla mübarizə davam etməlidir… Yaxın Şərqdə vəziyyət düzəlməzsə, Fələstin problemi də həll oluna bilməz. Rusiyanın mövqeyi dəyişməzdir. Qüds problemi, o cümlədən, Fələstin torpaqları ilə bağlı bütün problemlər Fələstin-İsrail birbaşa danışıqları çərçivəsində, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən, universal hüquq normaları əsasında Ərəb Birliyinin təşəbbüsü ilə həll olunmalıdır".



Әlaqәli Xәbәrlәr