ABŞ-dan Afrin və Münbiç açıqlaması

Amerika Birləşmiş Ştatları Suriyanın Münbiç bölgəsi məsələsində razılıq əldə etmək məqsədilə Türkiyə ilə danışıqların davam etdiyini bildirdi.

931043
ABŞ-dan Afrin və Münbiç açıqlaması

 ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert gündəlik mətbuat brifinqində Türkiyə Silahlı Qüvvələrinin  Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı "Zeytun Budağı" əməliyyatı və Münbiç mövzusunda aparılan müzakirələri dəyərləndirdi.
 
 Nauert: "Türkiyə ilə Münbiç məsələsi ilə bağlı bir sıra görüşlər keçiririk. Razılaşma əldə etmək üçün hələ də çalışırıq" dedi.
 
 Nauert Afrin ilə bağlı verilən suala: "Bildiğiniz kimi biz Afrin bölgəsində əməliyyat aparmırıq, ora əməliyyat sahəmiz deyil" deyə cavab verdi.
 
 Bu arada, ABŞ rəsmisi iki ölkənin nümayəndə heyətləri arasında 19 martda keçirilməsi planlaşdırılan Suriya danışıqlarının martın 21-də keçiriləcəyini bildirib.
 
 Suriyanın Münbiç bölgəsi ABŞ dəstəkli separatçı terror təşkilatı PKK/PYD-YPG-nin işğalı altındadır. ABŞ-ın DEAŞ ilə mübarizə bəhanəsi ilə bölgəyə yerləşdirdiyi terrorçuların DEAŞ-dan  sonra bölgəni tərk edəcəklərinə dair verdiyi sözü tutmaması Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir edir.



Әlaqәli Xәbәrlәr