Türkiyə Silahlı Qüvvələri Suriyada rejim tərəfdarı qrupların Afrinə daxil olmasına icazə vermədi

Türkiyə Silahlı Qüvvələrinin xəbərdarlıq atəşindən sonra Suriya rejiminin silahlıları Afrin şəhərinin mərkəzinə 10 km qalmış geri çəkilməyə məcbur qalıb.

Türkiyə Silahlı Qüvvələri Suriyada rejim tərəfdarı qrupların Afrinə daxil olmasına icazə vermədi

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyada bu dəfə rejim tərəfdarı terrorçu qruplarla qarşı-qarşıyadır.

Afrini terror təşkilatı PKK/PYD/YPG ilə yanaşı DEAŞ üzvü terrorçulardan təmizləməyi hədəf götürən  TSQ həmin məqsədlə  davam etdirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində  indi də rejim tərəfdarı terrorçulara qarşı mübarizə aparır.

Həmin mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin xəbərdarlıq atəşindən sonra Suriya rejiminin silahlıları Afrin şəhərinin mərkəzinə 10 km qalmış geri çəkilməyə məcbur qalıb. 

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Suriyada rejim tərəfdarı terrorçu qrupların  Afrinə daxil olma cəhdlərilə bağlı "Terrorçuların qarşısı alındı. Bu məsələ indilik gündəmdən çıxarıldı.Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn terrroçolar geri çəkilmək məcburiyyətində qaldılar" deyə bildirdi. 



Әlaqәli Xәbәrlәr