• Video Qalereya

58 dinc sakin Bәşәr Әsәd rejiminin hücumunun qurbanı oldu

Mәlumata görә, Bәşәr Әsәdә sadiq qüvvәlәr Şәrqi Qutadakı yaşayış mәntәqәlәrini intensiv atәşә tutub.

58 dinc sakin Bәşәr Әsәd rejiminin hücumunun qurbanı oldu

Bәşәr Әsәd rejiminin Şәrqi Qutaya endirdiyi zәrbәlәr nәticәsindә 58 nәfәr hәlak olub, 45 nәfәr dә yaralanıb.

Mәlumata görә, Bәşәr Әsәdә sadiq qüvvәlәr Şәrqi Qutadakı yaşayış mәntәqәlәrini intensiv atәşә tutub.

''Ag dәbilqәlilәr’’ tәşkilatının mәlumatına görә, Hamiriyyә bölgәsinә endirilәn zәrbәlәr nәticәsindә aralarında qadın vә uşaqların olduğu 20 dinc sakin hәlak olub.

Rejim qüvvәlәrinin Beyt Sava  bölgәsinә çәn bombası ilә  tәşkil etdiyi hücumda 17 nәfәr hәlak olub, 45 nәfәr dә yaralanıb.

Sakba, Cisrin, Kefer Batna vә Zemelka bölgәlәrinә endirilәn zәrbәlәr nәticәsindә isә 21 dinc sakin hәlak olub.

Qeyd edәk ki, ölü sayının artacağı  istisna olunmur.

Müxaliflәrin nәzarәtindәki Şәrqi Qutada tәxminәn 400 min mülki vәtәndaş yaşayır.



Әlaqәli Xәbәrlәr