"ABŞ Suriyanın cənubundakı qoşunlarını dərhal çıxarmalıdır", S.Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarına separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG-ni istifadə edərək Suriyanı bölməyə qalxan addımlar atmamasıyla bağlı xəbərdarlıq edib.

"ABŞ Suriyanın cənubundakı qoşunlarını dərhal çıxarmalıdır", S.Lavrov

   Paytaxt Moskvadakı iclasda Suriyadakı son proseslərə münasibət bildirən S.Lavrov ABŞ-ın Suriyada atdığı addımları tənqid edərək deyib: “ABŞ-ın Fərat çayının şərqində, Suriyanın Türkiyə və İraq sərhədində Suriyanı parçalamağa yönəlik addımlarını narahatlıqla izləyirik. ABŞ-ın Suriyada yeganə məqsədinin DAEŞ-lə mübarizə olduğu şübhə doğurur. ABŞ-ı Suriyada hər gün addımlar atmama dəvət edirik. Amerika PKK/KCK/PYD-YPG-ni istifadə edərək Suriyanı parçalamağa çalışır. Bu da Türkiyə ilə münasibətlərin gərginləşməsinə səbəb olur. ABŞ odla oynamasın. Kürdlər də daxil olmaqla, Suriya xalqının uzunmüddətli maraqlarını nəzərdə tutan addımlar atmağa çağırırıq... Separatçı terror təşkilatı PKK dəstəkçisi biri boş şüar atmasın. Kürdlərin bəzi oyunçuların əlində geosiyasi məqsədlər üçün istifadəsini doğru hesab etmirik... ABŞ Suriyanın cənubundakı qoşunlarını dərhal çıxarmalıdır... Tanf ətrafında ABŞ yaratdığı təhlükəsizlik zonasındakı qaçqın düşərgəsini yeni terrorçuların yetişdirilməsi üçün istifadə edir. Bu bölgə dərhal bağlanılmalı və düşərgəyə humanitar yardımların çatdırılmasına icazə verilməlidir".

  İclasda söz alan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də ABŞ-ın Suriyadakı addımlarına qarşı Türkiyənin narahatlıqlarının aydın olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr