Tunis yenə qarışdı

“Ərəb baharı”nın başlanğıc ölkəsi Tunisdə etiraz aksiyaları davam edir.

Tunis yenə qarışdı

Paytaxt Tunis, Qassarin, əl-Mehdiyə, Qayravan və Qafsa şəhərlərində təşkil  edilən etiraz aksiyaları zamanı polislə toqquşmalar baş verib. Küçələrə çıxan əhali bahalaşmaya, sosial-iqtisadi vəziyyətin yaxşılığa doğru dəyişməməsinə etiraz edir. Polis etirazları yatırmaq üçün güc tətbiq edib. Gözyaşardıcı qazdan istifadə olunub. Əl-Qıtar rayonunda isə etirazçıların yerli təhlükəsizlik idarəsi binasına soxularaq qarət etdiyi iddia olunub.

Daxili İşlər Nazirliyinin  məlumatına  görə  ölkədə baş verən hadisələrdə 49 təhlükəsizlik işçisi yaralanıb.

Qeyd  edək ki, etirazlar Baş nazir Yusuf Şahid və müxalif  solçu Xalq Cəbhəsi arasında qarşılıqlı ittihamlara gətirib çıxardı. Baş nazir Şahid iddia edib ki,  ölkədə aksiyalar  zamanı   yaşanan  qarət və   toqquşmalara  korrupsiya şəbəkələri və Xalqçı  cebhə   səbəb   olub. Xalq  cebhəsi   isə  hadisələrə   görə  hökuməti   ittiham  edib. 



Әlaqәli Xәbәrlәr