Kərkükdə eyni zamanda iki silahlı hücum oldu

İraqın Kərkük şəhərinin mərkəzindəki Musalla səmtində Türkmən Cəbhəsinə aid iki büroya  naməlum  şəxslər tərəfindən silahlı hücum təşkil olundu.

Kərkükdə eyni zamanda iki silahlı hücum oldu

İraqın Kərkük şəhərinin mərkəzindəki Musalla səmtində Türkmən Cəbhəsinə aid iki büroya  naməlum  şəxslər tərəfindən silahlı hücum təşkil olundu.
 
Bu barədə Kərkük Polis İdarəsinin müdiri Xəttab Ömər bildirdi.
 
Ömər İraq Türkmən Cəbhəsinin Musalla və Türkmən Tacirlər Birliyi bürolarına qarşı hücumların eyni zamanda törədildiyini, hücum nəticəsində itki olmadığını, bürolara maddi zərər dəydiyini qeyd etdi.
 
 Polis İdarəsinin müdiri hücumlardan dərhal sonra bölgəyə gələn Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının geniş miqyaslı təhqiqata başladığını söylədi.



Әlaqәli Xәbәrlәr