Rusiya hərbi qüvvələri Suriyadan çıxmağa başladı

Rusiyanın müdafiə naziri Sergey Şoygu rus hərbçilərinin Suriyadan çıxmağa başladıqlarını bildirib.

Rusiya hərbi qüvvələri Suriyadan çıxmağa başladı

Rusiyanın müdafiə naziri Sergey Şoygu rus hərbçilərinin Suriyadan çıxmağa başladıqlarını bildirib.

Nazir jurnalistlərin hərbçilərin çıxma işinin nə qədər davam edəcəyilə bağlı suallarına cavabən deyib ki, bu fəaliyyətlərin müddəti vəziyyətdən asılı olacaqdır.

Şoygu Suriyadan çıxan ilk əsgərlərin artıq Rusiyadakı bazalarına qayıtdıqlarını da söyləyib.

Qeyd edək ki, Rusiya prezidenti Putin dünən Suriyaya planlaşdırılmamış səfər reallaşdırdı və orda bu ölkədəki hərbi hissələrinə “qismi çəkilmə” əmri verdi.



Әlaqәli Xәbәrlәr