Təminatçı ölkələrin Suriya ilə bağlı ortaq mesajı

Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə Suriya ilə bağlı Soçidə gerçəkləşən Üçlü Zirvə Sammitində təminatçı ölkələrin ortaq mesajı Suriyanın ərazi bütövlüyünün qorunması oldu.

Təminatçı ölkələrin Suriya ilə bağlı ortaq mesajı

   Birgə bəyanatda üç təminatçı ölkə Suriyada zorakılığın azaldılması məsələsində əldə olunan uğurun qorunması üçün koordinasiya işini davam etdirəcəklərini bildirib.

  Üç ölkə lideri zorakılığın böyük ölçüdə nəzarət altına alındığı Suriyada siyasi həll axtarışlarının sürətlənməsi üçün etibar çoxaldıcı tədbirlərin vacibliyinə toxunublar. Sözü gedən tədbirlər sürətli, etibarlı və fasiləsiz humanitar yardım, məhbusların sərbəst buraxılması, cənazələrin qaytarılması və itkin düşən insanların təsbiti şəklində sıralanıb.

  Tədbirdə Türkiyənin terror təşkilatı PKK/PYD mövzusuna da toxunaraq qərarlı mövqeyini ortaya qoyub. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Suriyanın siyasi birliyi və ərazi bütövlüyü və Türkiyənin milli təhlükəsizliyi üçün terrorçu ünsürlərin prosesdən kənarlaşdırılmalıdır. Terror təşkilatı PKK/PYD siyasi həllə xidmət etməsi nəzərdə tutulan bir platformada iştirak edərsə, Türkiyənin orada olmayacaq. Uğura çatmaq üçün Suriya hökuməti və müxalifətilə yanaşı üç təminatçı ölkənin də bir-birinə qarşılıqlı hörmət və güzəşt anlayışının davam etməsi həlledici məqamdır.”  



Әlaqәli Xәbәrlәr