İraq Kürd Regional Rəhbərliyi geri addım atdı

İraq Kürd Regional Rəhbərliyi (İKRR) mərkəzi hakimiyyətin sentyabrın 25-də keçirilən "müstəqillik" referendumun nəticələrinin ləğv olunması barədə qərarına tabe olacağını açıqlayıb.

847372
İraq Kürd Regional Rəhbərliyi geri addım atdı

İraq Kürd Regional Rəhbərliyi (İKRR) mərkəzi hakimiyyətin sentyabrın 25-də keçirilən "müstəqillik" referendumun nəticələrinin ləğv olunması barədə qərarına tabe olacağını açıqlayıb. 

İKRR-nin internet saytında yayımlanan açıqlamada bildirilib ki, İraq Federal Məhkəməsinin ölkə konstitusiyasında heç bir bölgənin İraqdan ayrılma haqqının olmadığı ilə bağlı verdiyi qərara hörmətlə yanaşırıq. Bunu problemlərin həlli üçün əhatəli, milli bir dialoqa başlanmasını vacib sayırıq.

İKRR hökuməti problemlərin həlli üçün hər zaman konstitusiyanı müdafiə etdiklərini bildirib: “Bu yöndə istənilən təkliflərlə bağlı qərarımız qətidir. Ayətullahüzma Seyid Əli Sistaninin, iraqlı bəzi siyasətçilərin, İraq xalqının dostu olan ölkələrin problemlərin konstitusiyaya əsasən həlli məsələsində təkliflərini qəbul edirik. İraq Federal Məhkəməsinin konstitusiyanın ilk maddəsi ilə bağlı şərhinə hörmətlə yanaşırıq”.

Qeyd edək ki, İraq Federal Məhkəməsi İKRR-nin ölkənin tərkibindən çıxmasının mümkünsüz olması barədə qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, İraq konstitusiyasında hər hansı bölgənin respublikanın tərkibindən çıxması haqqında maddə yoxdur.

Xatırladaq ki, bu il sentyabrın 25-də İraqın şimalındakı İKRR yerli hökumətinin təşəbbüsü ilə bölgənin “müstəqilliyi” barədə “referendum” keçirilmişdi. Heç bir dövlət və benəlxalq təşkilat "referendum"un nəticələrini tanımayıb.



Әlaqәli Xәbәrlәr