Baş nazir B.Yıldırım İrana başsağlığı verib

Baş nazir Binali Yıldırım ilə İranın vitse-prezidenti İshaq Cihangiri arasında telefon danışığı olub.

Baş nazir B.Yıldırım İrana başsağlığı verib

Baş nazirliyin mətbuat xidmətindən yayılan məlumata görə, B.Yıldırım vitse-prezidentə İraq-İran sərhədi yaxınlığında ötən gün baş verən zəlzələdə nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

Bu çətin gündə, İranın yanında olduqlarını ifadə edən Baş nazir B.Yıldırım belə fəlakətlərin bir daha yaşanmamasını arzuladıqlarını vurğulayıb. Türkiyənin zəruri hallarda yaralılara yardım etməkdə hazır olduğunu deyib.

İranın vitse- Prezidenti Cihangiri, Baş Nazir Yıldırıma minnətdarlığını bildirib və zərurət olması halında yardım istəyəcəkəklirini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr