Prezident Putin, Nursultan Nazarbayev ilǝ görüşüb

Astana danışıqları, Suriyadakı böhranın daha erkən həll olmasında təsirli olacaq. Bunu Rusiya prezidenti V.Putin deyib.

Prezident Putin, Nursultan Nazarbayev ilǝ görüşüb

Prezident V.Putin, Rusiyanın Çelyabinsk şəhərində Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə görüşüb. Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Astanada keçirilən danışıqlara dəstəyinə görə təşəkkürlərini bildirən Putin, Qazaq liderlə görüşünün məhsuldar olduğunu vurğulayıb. Rusiya ilə Qazaxıstan arasındakı əməkdaşlığın irəli pillələrə qaldırılması uğrunda lazımlı addımların atılmasına üstünlük vediklərini ifadə edən Putin, iki ölkənin startaji tərəfdaş olduğuna diqqət çəkib. Qazaxıstan ilə Rusiya arasındakı əlaqələrin dostluq, qardaşlıq, həmrəylik çərçivəsində irəli pillələrə qaldırıldığını, Astanada keçirilən danışıqların Suriya böhranına erkən həll yolu tapılmasına töhfə verəcəyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr