Rusiya Şimali Koreyanı təmsil edənlərlə əməkdaşlığı dayandırır

Rusiya prezidenti Vladimir Putin nüvə silahı və raket sınaqlarıyla bağlı Şimali Koreyaya bir sıra məhdudiyyətlər qoyan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası qətnaməsinin həyata keçirilməsini nəzərdə tutan fərman imzalayıb.

828229
Rusiya Şimali Koreyanı təmsil edənlərlə əməkdaşlığı dayandırır

  Rusiya hökumətindən verilən məlumata görə, Putin, bütün xəbərdarlıqlara baxmayaraq, nüvə silahı və raket sınaqlarını davam etdirən Şimali Koreyaya cavab olaraq qəbul edilən 30 noyabr 2016-cı il tarixli BMT Təhlükəsizlik Şurası qətnaməsinin həyata keçirilməsi üçün tədbirlər görülməsini nəzərdə tutan fərmanı imzalayıb.

  Fərmana görə Rusiya Şimali Koreyanı təmsil edən şəxs və qruplarla elmi və texniki əməkdaşlığı dayandırır.



Әlaqәli Xәbәrlәr