“İki qardaş ölkənin silahlı qüvvələri arasındakı əməkdaşlıq bölgə üçün də əhəmiyyət daşıyır",H.Akar

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Türkiyə-Azərbaycan-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin görüşündə iştirak etmək üçün Gürcüstana səfər etdi.

Paytaxt Tbilisidə jurnalistlərə bəyanat verən Akar dost və qardaş ölkə Gürcüstanda olduğuna görə məmnunluğunu dilə gətirib.

İki qardaş ölkə Türkiyə və Azərbaycanın silahlı qüvvələri arasındakı əməkdaşlığın sadəcə iki ölkə üçün yox, bölgə üçün də əhəmiyyətli olduğunu qeyd edən general Akar strateji tərəfdaş Gürcüstan ilə də əməkdaşlığın davam etdiyini söyləyib.

Ordu generalı Akar daha sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə görüşüb.

Tərəflər müdafiə sahəsində mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə vurğulanıb ki, bu, bölgədə sülh və sabitliyə öz töhfəsini verir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi, terrorizm və separatizm ilə mübarizədən də bəhs edilib.

İkiterefli görüşlerden sonra Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya arasında üçtərəfli görüş başlayıb.

Görüşdə üç ölkə arasında hərbi sahədə mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunur.

Görüşün yekununa dair sənəd imzalanması nəzərdə tutulub.

Әlaqәli Xәbәrlәr