İraq ordusu Kərkükü geri aldı

İraqın Baş naziri Heydər İbadi Kərkük və digər mübahisəli bölgələrdə İraq bayrağı qaldırılması təlimatı verdi.

İraq ordusu Kərkükü geri aldı

  Oktyabrın 15-indən hərbi əməliyyata başlayan İraq ordusu Peşmerge qüvvələrilə saatlarla qarşıdurmadan sonra Kərkükə bağlı Tuzhurmatuda nəzarəti tamamilə ələ keçirib. Ordu birlikləri Dakuk rayonunda da hakimiyyətini bərpa edib, K1 hava bazası, Baba Kakkar və Bai Hassan neft sahələrinə çatıb.

  Bu ana qədər İraq hərbi qüvvələri Xalid hərbi düşərgəsi, Kərkük Təbii Qaz Stansiyası, Shorija, Kərkük sənaye bölgəsi və Sarı Tappahı geri alıb, Şimal Neft Şirkəti sahəsini çevrələyib.

  Peşmerge qüvvələri Kərkükün cənubundakı mövqelərdən geri çəkilib.

  İraq ordusu Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yollarının nəzarətini ələ keçirməkdədir. İraq Kürq Muxtar İdarəçiliyinin başçısı Məsut Bərzani Peşmerge qüvvələrinə müraciət edərək onları İraq rəhbərliyinə tabe olmağa çağırıb.



Әlaqәli Xәbәrlәr