İran və Pakistan arasında əməkdaşlıq sazişi imzalandı
İranla Pakistan arasında sərhəd təhlükəsizliyilə bağlı əməkdaşlıq sazişi imzalanıb.
827715
Müqaviləyə imzalar Pakistanın Quader limanında təşkil edilən XXI Birgə Sərhəd Komissiyasının Toplantısında atılıb. Görüşdə sərhəd, təhlükəsizlik, ticarət və miqrasiya məsələləri müzakirə edilib. Tərəflər narkotik qaçaqmalçılığının qarşısının alınması, miqrasiya və terrorizm məsələlərində də əməkdaşlıq edilməsi lazım olduğunu vurğulayıblar.
XXI Birgə Sərhəd Komissiyasının Toplantısında, eyni zamanda, iştirakçılar əvvəlki sessiyalarda qəbul olunmuş 30 maddəlik müqavilənin həyata keçirilmə yollarından da danışıblar.