İraq hökuməti, Kərkük ilə əlaqəli iddiaları təkzib edib

İraq hökümət rəhbərliyi, Kərkük vilayətinə istiqamətli əməliyyata hazırlaşdıqlarına dair iddiaları təkzib edib.

İraq hökuməti, Kərkük ilə əlaqəli iddiaları təkzib edib

Hökumət sözçüsü Saad Hədisi, İraq Kürd Regional Rəhbərliyi Təhlükəsizlik Agentliyinin, Kərkükə hərbi hücum ediləcəyinə dair iddiaların doğru olmadığını qeyd edib.

İraq qüvvələrinin Kərkükə bağlı ərazilərin 40% faizini terror təşkilatı DEAŞ-dan təmizlədiyini ifadə edən Hədisi: “Yatan hüceyrələrin fəal vəziyyətə keçməməsi, təhlükəsizliyin təmin edilməsi və sığınmacıların evlərinə qayıdmaları mǝhz Kərkükün təhlükəsizliyi mərkəzi rəhbərlik qüvvələri tərəfindən bərpa ediləcək”.

Mosul da terror təşkilatı DEAŞ-dan təmizləndikdən sonra təhlükəsizliyinin İraq mərkəzi rəhbərliyə mənsub qüvvələr tərifindən təmin edildiyini xatırladan Hədisi, hərbçilərin buradaki varlığının da davam edəcəyini vurğulayıb.

İraq Kürd Regional rəhbərliyi 25 Sentyabrda geyri –qanuni referendum təşkil edərək məsuliyyətsiz rəftar sərgilədi deyən Hədisi: “ Kürd muxtariyyətin referendum ilə başlatdığı və hələ də davam etdirdiyi təhrikamiz hərəkətlər İraqdakı komponentlər arasında qorxu, çaxnaşma və nifrət yaranmasına səbəb olur. Muxtariyyətdəki kürdlər kimi digər qruplar da bizim vətəndaşlarımızdır. Onlar üçün də təhlükəsizlik və əmin-amanlığı bərpa etmək əsas vəzifəmizdir. Bu səlahiyyət İraq mərkəzi rəhbərliyinindir. Hökumət, bütün mübahisəli bölgələrdə təhlükəsizliyi bərpa etməlidir.



Әlaqәli Xәbәrlәr