Beynəlxalq koalisiya qüvvələrinin Suriyada rejim birliklərini vurduğu iddia olunur

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında beynəlxalq koalisiya qüvvələrinin ABŞ hərbi bazasına doğru irəliləyən  Əsəd reyiminə məxsus qüvvələri və İran komandanlığında olan milislərə aid konvoyu vurduğu iddia olunur.

Beynəlxalq koalisiya qüvvələrinin Suriyada rejim birliklərini vurduğu iddia olunur

Azad Suriya Ordusu birliklərindən birinin - Əhməd Abdonun mətbuat katibi Səid Seyd Anadolu Xəbər Agentliyinə müsahibə verdi.

Seyd müsahibədə koalisiya qırıcılarının Suriyanın İraq və İordaniya ilə sərhədi yaxınlığında yerləşən ABŞ-a aid Tanif hərbi bazasının 13 kilometr qərbindəki Kəbəb hərbi düşərgəsinə doğru irəliləyən rejim qüvvələrini və İrana tabe olan milislərin konvoyunu vurduğunu söylədi.

Mətbuat katibi hücumdan əvvəl koalisiya qüvvələri tərəfindən konvoya xəbərdarlıq edildiyini bildirərək:"Xəbərdarlıqlara baxmayaraq, bölgədə irəliləyən konvoy bombalandı. Ölən və yaralananlar var. Bombardmanda çox sayda hərbi vasitə də məhv edildi" dedi.

Qeyd edək ki, ABŞ Azad Suriya Ordusu birliklərinin üzərinə gedən milislərə Tanif bölgəsi ətrafında 3 dəfə hücum edib.

Terror təşkilatı DEAŞ-ın iyun ayında minlərlə kvadrat kilometrlik sahədə döyüşmədən çəkilməsi bu bölgədə Əsəd və İran qüvvələrinin irəliləməsinə səbəb olmuşdu.

 

 



Әlaqәli Xәbәrlәr