‘‘33 min dinç sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb’’

Bunu Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü  Milllman bәyan edib.

‘‘33 min dinç sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb’’

Beynəlxalq Miqrasiya Təşkilatı  terror təşkilatı DEAŞ-dan azad edilәn İraqın Kərkük şəhərinin Havice qәsәbәsindә yaşayan tәxmişnәn 33  min dinç sakinin evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü   Millman BMT-nin Cәnәvrәdәki qәrargahında  verdiyi açıqlamada  İraqda 2014-cü ilә baş verәn böhrandan sonra 3.2 milyon insanın evlәrini tәrk etdiyini qeyd edib.

İraq tәhlükәsizlik qüvvәlәrinin sentyabrın 21-dә Havice qәsәbәsini  DEAŞ-dan azad etmәk üçün әmәliyyata başladığını xatırladan Millman bu müddәt әrzindә tәxminәn 33 min nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığını ifadə edib.

Millman evlәrini tәrk etmәk mәcburiyyәtindә qalan 17 min 700 nәfәrin rayon mәrkәzi terrorçulardan azad edildiktәn sonra evlәrinә geri qayıtdığını, 15 min 200 nәfәrin isә  düşәrgәlәrdә yaşadığını bildirib.



Әlaqәli Xәbәrlәr