İraq hökumətinin kritik qərarı

İraq hökuməti İraq Kürd Regional Rəhbərliyindən bütün sərhəd keçid məntəqələrini və hava limanlarını rəsmi Bağdada təhvil verməsini istədi.

813114
İraq hökumətinin kritik qərarı

İraq hökuməti İraq Kürd Regional Rəhbərliyindən bütün sərhəd keçid məntəqələrini və hava limanlarını rəsmi Bağdada təhvil verməsini istədi.

İraq hökuməti İraq Kürd Regional Rəhbərliyinin keçirmək istədiyi referendumun təktərəfli  addım olduğunu bildirərək, bütün sərhəd keçid məntəqələrini və hava limanlarını rəsmi Bağdada təhvil vərməsini istəyib.

İraq Milli Təhlükəsizlik Şurası Baş nazir Heydər əl-İbadinin başçılığında yığıncaq keçirib.

İraq dövlət televiziyasının xəbərinə əsasən, yığıncaqdan sonra verilən açıqlamada “Referendum təktərəfli addımdır və hadisələri böhrana çevirir. İraq hökuməti İraq Kürd Regional Rəhbərliyinin bütün sərhəd keçid məntəqələri və hava limanlarına nəzarəti rəsmi Bağdada təhvil vərməsini, qonşu ölkələrdən də neft və sərhəd məntəqələrində sadəcə rəsmi Bağdad ilə əlaqə saxlamasını istəyir. Mərkəzi idarə referendum mövzusunda əsla dialoq və mübahisəyə üz tutmayacaq, çünki nəticələri qanunlara ziddir. Hökumət ölkənin hər qarış torpağında vətəndaşların mənfəətləri ilə əlaqəli səlahiyyətə sahibdir. Buna kürd vətəndaşlar da daxildir. İraq Milli Təhlükəsizlik Şurası prokurorluğun İraq Kürd Regional Rəhbərliyində referendum fəaliyyətlərində iştirak edən dövlət işçiləri haqqında hüquqi izləmə tələbini dəyərləndirəcəkdir.” deyilib.

Qeyd edək ki, İraq Kürd Regional Rəhbərliyi iyunun 7-də siyasi partiyalarla bir araya gəldikdən sonra sentyabrın 25-də (bugün) Kərkük və digər mübahisəli bölgələri də əhatə edəcək şəkildə referendum keçiriləcəyini elan etmişdi.



Әlaqәli Xәbәrlәr