Suriya torpaqlarının 87 faizdən çoxu terror təşkilatı DAEŞ-dən təmizləndi

Suriyadakı DAEŞ terror təşkilatının dağıdılmasıyla əlaqədar infoqrafik məlumat hazırlayan Rusiya Müdafiə Nazirliyi bildirib.

812492
Suriya torpaqlarının 87 faizdən çoxu terror təşkilatı DAEŞ-dən təmizləndi

  Rusiya Suriya torpaqlarının 87 faizdən çoxunun terror təşkilatı DAEŞ-dən təmizləndiyini açıqladı.

  Suriyadakı DAEŞ terror təşkilatının dağıdılmasıyla əlaqədar infoqrafik məlumat hazırlayan Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Hava-Kosmos Qüvvələrinin dəstəyilə Suriya ordusu ölkə torpaqlarının 87,4 faizini DAEŞ-dən təmizləyibi.

  Nazirliyin rəsmi nəşr orqanı olan “Krasnaya Zvezda” qəzetində çıxan infoqrafik məlumata görə Suriya hökumətinin istəyinə uyğun olaraq Rusiya prezidenti Vladimir Putinin əmri ilə bu ölkədə əməliyyatlara başlayan Rusiya hərbi qüvvələri təşkil etdikləri 3 mindən çox əməliyyat nəticəsində DAEŞ-in 96 min hədəfini vurub, 8332 əmr mərkəzini, təxminən min hərbi təlim düşərgəsini, 6769 neft və sursat anbarını məhv edib, 53.700-dən yuxarı DAEŞ terrorçusu öldürülüb.

  Rusiyanın Hava-Kosmos Qüvvələri Suriyada DAEŞ-in əlinə keçən 212 neft sahəsi və 184 neftayırma müəssisəsini məhv edib, 5300 hektarlıq torpaqlarda təxminən 55 min patlayıcını zərərsizləşdirib.



Әlaqәli Xәbәrlәr