Müsəlman qardaşlar, terror təşkilatları siyahısına daxil edilib

Misirdə, Müsəlman Qardaşlar Təşkilatı başda olmaqla daha 215 nəfər terroristlər siyahısında daxil edilib.

809285
Müsəlman qardaşlar, terror təşkilatları siyahısına daxil edilib

Cənubi Qahirə cinayət məhkəməsinin mövzu ilə əlaqəli qərarı bu gün rəsmi qəzetdə nəşr olaraq qüvvəyə mindi.

Qərara görə, Müsəlman Qardaşlar Təşkilatının rəhbərlik şurası üzvü Məhəmməd Vahdan da terroristlər siyahısına daxil edilib.

Qeyd edək ki, Apellyasiya Məhkəməsi bütün müttəhəmlərin terroristlər siyahısına daxil edilməsini nəzərdə tutan qərarı daha  əvvəl  ləğv etmişdi.

Haqlarında 2013-ci ildə məhkəmə işi qaldırılan mütthəmlər, qanunsuz camaata üzv olmaq, Konstitusiyanın tətbiq olunmasına mane törətmək, vətənə xəyanət kimi cinayətlərlə ittiham edilirlər.



Әlaqәli Xәbәrlәr