Kərkükdə türkmənlər Bərzaninin iştirak etdiyi yığıncağı boykot etdi

İraq Türkmən Cəbhəsi Kərkükə gələn İraq Kürd Regional İdarənin başçısı Məsud Bərzaninin şəhərdəki etnik və dini ünsürlərlə keçirdiyi yığıncağı boykot etdi.

Cəbhə sədrinin müavini və Kərkük millət vəkili Həsən Turan “Kərkük Vilayət Məclisindəki Türkmən üzvlər Bərzaninin başçılığında keçirilən yığıncağı boykot edərək iştirak etmədi.” deyə bildirib.  

Yığıncağa qatılmama qərarı ilə Bərzaniyə qarşı mövqelərini dəqiq şəkildə ortaya qoyduqlarını söyləyən Turan bildirib ki, Kərkük və statusu mübahisəli olan digər bölgələrdə referendum keçirilməsinin əleyhinə olduğumuzu dəqiq şəkildə ortaya qoyduq. Kərkükdə daha çox gərginliyə yox, sabitliyə ehtiyac var.

Әlaqәli Xәbәrlәr