İraq Məclisi, kürdlərin müstəqillik referendumunu rədd edib

İraq Kürdüstan Regional Hökumətinin sentyabrın 25-də keçiriləcək "müstəqillik referendumu" ilə əlaqədar İraq Məclisində müzakirələr olub.

İraq Məclisi, kürdlərin müstəqillik referendumunu rədd edib

 İraq Parlamenti səs çoxluğu ilə referendum qərarını rədd edib. Bunu şiə millət vəkillərindən Əli Safi mövzu ilə əlaqəli bəyanatında bildirib. Kürd millət vəkilləri isə qərardan etiraz məqsədiylə zalı tərk ediblər.

Xatırladaq ki, İraq Kürdüstan Regional Hökumətinin rəhbəri Məsud Bərzani 7 iyulda siyasi partiyalarla həyata keçirdiyi iclasdan sonra sentyabrın 25-də müstəqillik referendumunun keçiriləcəyini elan etmişdi.

İraqın Baş naziri Heydər əl-Abadi isə Bərzaninin referendum elanından sonra verdiyi açıqlamada bunun Konstitusiyaya zidd olduğunu bildirərək, nəticələri tanımayacaqlarını elan etmişdilər.

Digər tərəfdən İsrail Kürdlərin İraqdan ayrılması referendumunu dəstəklədiyini bu gün növbəti dəfə bildirib.

 



Әlaqәli Xәbәrlәr