İranlı general DEAŞ-ın yayımladığı videoya sərt reaksiya verib

İranın İnqilab mühafizəçilǝri Korpusunun "Qüds" briqadasının komandanı general Qasim Süleymani İŞİD terror təşkilatı ilə bağlı sərt çıxış edib.

İranlı general DEAŞ-ın yayımladığı videoya sərt reaksiya verib

Ötən gün İraq-Suriya sərhədində əsir götürülərək başı kəsilən iranlı əsgərin ölümünə münasibət bildirən Qasim Süleymani deyib ki, terrorçuları yox etmədən sakit oturmayacaq.

"And olsun İmam Hüseyn (ə) yolunda başı kəsilmiş şəhidimizə, lənətə gəlmiş ağacın törəmələrini təqib edəcəyik. Bu ziyanlı şişi məhv etməyincə sakit oturmayacğıq",-deyə Qasim Süleymani İnstagram səhifəsində yazıb. 

Qeyd edək ki, İraq-Suriya sərhədində yerləşən Tanaf bölgəsində keçən bazar ertəsi günü baş verən toqquşmalarda İŞİD terrorçuları əsir düşən iranlı əsgər Möhsin Hocecin boğazını kəsərək görüntülərini internetdə bölüşmüşdü.

 



Әlaqәli Xәbәrlәr