İki min terrorçunun Telaferdən çıxarılması çətindir

İraqın Telafer şəhərində DEAŞ terror təşkilatına mənsub iki min terrorçunun bölgədən çıxarılmasının çətin olduğu bildirilib.

İki min terrorçunun Telaferdən çıxarılması çətindir

İraqın Telafer şəhərində DEAŞ terror təşkilatına mənsub iki min terrorçunun bölgədən çıxarılmasının çətin olduğu bildirilib.

ABŞ başçılığındakı DEAŞ əleyhinə Koalisiyanın sözçüsü polkovnik (albay) Ryan Dillon Bağdaddan video konfrans vasitəsilə Pentaqonda İraq və Suriyada DEAŞ terror təşkilatına qarşı keçirilən əməliyyatlar barədə məlumat verib.

Mosulun DEAŞ-dan xilas edilməsi ilə İraqda təşkilatın nəzarətində son bir neçə bölgə qaldığını vurğulayan Dillon Koalisiyanın Telaferin içində və ətrafında DEAŞ üzvü 2 min terrorçunun olduğunu güman etdiyini və DEAŞ-ı İraqdakı son qalalarından birindən çıxarmağın çətin olacağını düşündüklərini deyib.

DEAŞ-dan təmizlənən bölgələr barədə məlumat verən Dillon təşkilatın Mosula nəzarəti itirməsi və Rakkanı da eldən verməsi münasibətilə ciddi təzyiq altında olduğunu və gəlir mənbələrinin böyük hissəsini itirdiyini ifadə edib.

Koalisiyanın son 3 ildə DEAŞ-a məxsus 30 bankı vurduğunu deyən Dillon İraq hakimiyyətinin də bu müddətdə DEAŞ-a məxsus 90 bankın qlobal maliyyə sistemilə əlaqəsini kəsdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr