PKK/PYD və Əsəd rejimi neftdən əldə edilən gəliri bölüşür

Suriyada PKK/PYD terror təşkilatı və Əsəd rejimi təşkilatın işğal etdiyi Haseke şəhərindəki ərazilərdən çıxarılan neftdən əldə edilən gəliri bölüşür.

778127
PKK/PYD və Əsəd rejimi neftdən əldə edilən gəliri bölüşür

Suriyada PKK/PYD terror təşkilatı və Əsəd rejimi təşkilatın işğal etdiyi Haseke şəhərindəki ərazilərdən çıxarılan neftdən əldə edilən gəliri bölüşür.

Anadolu xəbər agentliyi müxbirinin Hasekedəki yerli mənbələrdən əldə etdiyi məlumata görə, PKK/PYD və rejim Hasekedəki üçü fəal, altısı fəal olmayan 9 neft sahəsinə birlikdə nəzarət edir.

Neft istehsalının davam etdiyi Rümeylan, Süveydiye və Karakoç sahələrindəki təqribən 350 kiçik quyudan, gündəlik 30-35 min barrel neft çıxarılır.

PKK-PYD qısa müddət əvvəl Rümeylandakı Neft Hasilatı İdarəsinin nəzarətini yenidən rejimə təhvil verdi və aralarında neft gəliratının bölüşülməsinə dair razılaşma imzalandı. Buna görə rejim gəlirin 65, PKK/PYD isə 20 faizini aldıqda, terror təşkilatı qalanı da sahələrə nəzarətdən məsul yerli ərəb qüvvələrə verir. Qoruma işçiləri və digər vəzifəlilərin əmək haqlarını isə rejim verir.

Kahtaniyə, Bedran, Zarba, Babasi və Alyan sahələri isə hal-hazırda fəal deyil.

2011-ci ildə yaranan vətəndaş müharibəsindən əvvəl ölkənin gəlirinin 25 faizini təşkil edən neft ixracının 95 faizi Avropa İttifaqına reallaşdırılırdı.



Әlaqәli Xәbәrlәr