İran prezidentinin qardaşı həbs olundu

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin maliyyə cinayəti ilə bağlı mühakimə olunduğu məhkəmədə barəsində verilən pul cəriməsini ödəmədiyi üçün həbs olundu.

İran prezidentinin qardaşı həbs olundu

İranda maliyyə cinayəti ilə bağlı mühakimə olunan müttəhimlər arasında İran prezidenti Ruhaninin qardaşı Hüseyn Firudinin də olduğu məhkəmə prosesində qərar qəbul olundu.
 
 Qərarda Hüseyn Firudinə pul cəriməsi kəsildi. Lakin o, cəriməni ödəmədiyi üçün həbs olundu.
 
 Hüseyn Firudinin pulu ödədikdən sonra sərbəst buraxılacağı bildirilir.
 
Pul cəzasının miqdarı haqqında məlumat verilmir.



Әlaqәli Xәbәrlәr