Qǝtǝr ǝmirindǝn, kral Sǝlmana tǝbrik mǝktubu

Qǝtǝr Əmri Şeyx Təmim bin Hamed Al Sani, Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz və Birinci vəliəhd Şahzadə Məhəmməd Bin Səlmana ayrı-ayrı teleqraf göndərərək, yeni  vǝzifǝlǝndirmǝlǝr  münasibǝtiylǝ tǝbrik  edib.

757593
Qǝtǝr ǝmirindǝn, kral Sǝlmana tǝbrik mǝktubu

Qǝtǝr rəsmi xəbər agentliyi QNA-nın xəbərinə görə, Qǝtǝr Əmri Al Sani, Səudiyyə Ərəbistanı Kralı Səlmanı,  Şahzadə Məhəmməd bin Səlmanın Birinci vəliəhd tǝyin  edilmǝsini  tǝbrik  edib.  

Əl  Sani  tǝbrik   mǝktubunda, Kral Səlmana sǝhhǝt, Səudiyyə Ərəbistanı xalqına  uğurlar arzulayıb. Ölkǝnin  inkişafının   daimi  olmasını  vǝ   iki   qardaş ölkə arasındakı  qardaşlıq   ǝlaqǝlǝrinin   daha   da  irǝli   pillǝlǝrǝ qalxmasını  arzuladığını  vurğulayıb.

Yeni vəzifəsi   münasibǝtiylǝ  Məhəmməd Bin Sǝlmanı  da  tǝbrik  edǝn  Al Sani, yeni  vǝzifǝsindǝ   uğurlar  dilǝyib.  

Birinci vəliəhd, baş nazir və Daxili İşlər naziri Məhəmməd bin Nayif, dünən bütün vəzifələrindən  kǝnarlaşdırılaraq, yerinə Kral Səlmanın oğlu İkinci vəliəhd Şahzadə Məhəmməd bin Səlman   tǝyin  edilmişdi.  



Әlaqәli Xәbәrlәr