Avstraliya Suriyada hava əməliyyatlarını təxirə saldı

Avstraliya Amerika Birləşmiş Ştatlarının Suriya ordusuna aid təyyarəni vurması və Rusiyanın ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya aid açıqlamalarından sonra hava əməliyyatlarının təxirə salındığını bildirdi.

756064

Məlumatı Avstraliya Müdafiə Nazirliyi verdi.

 Məlumatda: "Tədbir məqsədilə Avstraliya Müdafiə Qüvvələrinin Suriyadakı əməliyyatları təxirə salınır" deyilir.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi DEAŞ-a qarşı koalisiya qüvvlərinin Suriya təyyarəsini vurması ilə bağlı  açıqlama verən Rusiya Müdafiə Nazirliyi Fərat çayının qərbində yerləşən rus hava qüvvələrinin döyüş təyyarələri və pilotsuz uçan aparatlar da daxil olmaqla, koalisiyaya aid hər növ hava vasitəsinin əməliyyat sahəsində hədəf olarq müəyyən edəcəyi və bu vasitələrə qarşı rus raket əleyhinə müdafiə sistemləri tərəfindən qabaqlayıcı tədbirlərin görüləcəyi vurğulanmışdı.

Әlaqәli Xәbәrlәr