Üçüncü qurtarma proqramı da etiraz nümayişiylə qarşılandı

Yunanıstan parlamenti üçüncü qurtarma proqramı çərçivəsində əlavə kəmərsıxma tədbirləri görülməsini nəzərdə tutan torba qanun layihəsini təsdiqləyib.

yunanistan kemer sıkma gösteri.jpg

   İki gün davam edən gərgin müzakirələrdən sonra layihə hökumət tərəfdarları SYRIZA və Müstəqil Yunanlar Partiyasının səs verməsilə  Məclisdən keçib. 153 millət vəkili lehinə, 128-i əleyhinə səs verib.

  Bayırda isə həmkarlar ittifaqlarının başçılığıyla qanun layihəsinə qarşı nümayiş təşkil edilib. Etiraz mitinqi zamanı maskalı bir qrup polislərə hücum edərək parlament binasına girməyə çalışıb. Nümayişçilərlə polislər arasında qarşıdurma yaranıb. Polis gözyaşardıcı qazdan istifadə edib. Hücum zamanı bir jurnalist yaralanıb, 3 nəfər nəzarətə alınıb.

  Qeyd edək ki, Yunanıstan hökumətinin qurtarma proqramı 2019 və 2020-ci illər üçün maaşların ixtisarı ilə 4 milyard 900 milyon avro qənaət etməyi nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr