Vaerdәn 2700 dinc sakin tәxliyyә olunub

Suriyada rejim qüvvәlәrinin mühasirәsindәki Vaerdәn 2700 dinc sakin  tәxliyyә olunub.

Vaerdәn 2700 dinc sakin tәxliyyә olunub

Bəşşar Əsəd rejiminin mühasirәsindәki Vaer səmtindəki evlәrini tәrk etmәk mәcburiyyәtindә qalan mülki şәxslәrin olduğu 10-cu  karvan İdlibin Maaret Masrin qəsəbəsində salınan  düşərgəyə çatıb.

Məlumata görə, karvanı Qızıl Aypara Cəmiyyətinə aid təcili tibbi yardım maşınları və dinc sakinlərin əşyalarını daşıyan 8 tır müşayiət edib.

Bu həftə ərzində Vaerden son karvanın da  yola düşməsi gözlənilir.

Beləliklə, səmt tamamilə rejim qüvvələrinin nəzarətinə keçəcək. 



Әlaqәli Xәbәrlәr