"Rum tərəfi seçki ərəfəsində daha çox populist siyasətə üz tutdu"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Eidə və Şimali Kıbrıs Türk Cümhuriyyəti adından müzakirələri davam etdirən Özdil Nami ilə  telefonda danışıb.

Mayın 17-si axşam radələrində baş tutan telefon danışığında gün ərzində keçirilən liderlər yığıncağından sonrakı müzakirə prosesindəki son vəziyyət dəyərləndirilib.

Nazir Çavuşoğlu özəl televiziya kanallarından birində Kıbrıs müzakirələrindəki son vəziyyətə toxunaraq deyib ki, artıq bu məsələni uzatmaq istəmirik, Rum tərəfi seçki ərəfəsində daha çox populist siyasətə üz tutdu.

Xatırladaq ki, Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı və Rum icmasının rəhbəri Nikos Anastasiadis mayın 17-də Kıbrıs müzakirələri çərçivəsində ara bölgədə yerləşən BMT-yə məxsus ofisdə 5 saata yaxın görüş keçirdilər.

Görüşdə müzakirələrlə bağlı konkret irəliləyiş olmadığı bildirildi.

BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Eidə istənilən həll yoluna aparıb çıxaracaq əsaslı və yaradıcı müzakirə perspektivinin olub olmadığının ortaya çıxması üçün tərəflərlə fikir mübadiləsi aparacağını söyləyib.

Әlaqәli Xәbәrlәr