Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin binasına silahlı hücum olub

Rus mediasının məlumatına görə, qurumun qəbul otağına edilən hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin binasına silahlı hücum olub

Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub.

Rus mediasının məlumatına görə, qurumun qəbul otağına edilən hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən biri FTX-nin əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölənlərdən birinin və yaralanan şəxsin MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Məlumata görə, binaya hücum edən şəxs məhv edilib. 

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. 



Әlaqәli Xәbәrlәr